ƏSA teatrı ABŞ-ın nüfuzlu mükafatına layiq görülüb

ƏSA teatrı ABŞ-ın nüfuzlu mükafatına layiq görülüb
calendar 10 may 2018
clock 10:03

Əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” Teatrı hazırda ABŞ-da ölkəmizi təmsil edir.

Ötən gün teatrın rəhbəri, rejissor Nihad Qulamzadə Amerika Konqresinin üzvü Mark Amodei tərəfindən “Konqres mükafatı”na layiq görülüb.

Teatrın baş meneceri Nicat Qulamın Kulis.aza verdiyi açıqlamaya görə, böyük nüfuza malik olan mükafat “ƏSA” Teatrına “Open World” proqramında iştirak etdiyinə görə verilib.

Xatırladaq ki, teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək “Əlilliyin müdafiəsi, islahatlar və mədəniyyət” mövzusunda təşkil olunan beynəlxalq layihədə iştirak edir. Sabah “ƏSA” Teatrının həyata keçirəcəyi irimiqyaslı layihə amerikalı investorlara təqdim olunacaq.

view 1158 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news