Azərbaycanlı aktrisa məşhur ispan serialına çəkiləcək

<b>Azərbaycanlı aktrisa məşhur ispan serialına çəkiləcək</b>
calendar 6 iyul 2018
clock 10:15

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin İspaniyanın dünyaca məşhur “La Casa De Papel” serialının üçüncü sezonunda çəkiləcəyi ilə bağlı rəsmi açıqlama gəldi.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, aktrisanın meneceri Selin Kök bu barədə açıqlama verərək, yayılan məlumatın doğru olduğunu bildirib. O, qeyd edib ki, bununla bağlı bir neçə görüş keçirilib və ilkin razılıqlar əldə olunub.

S.Kök onu da əlavə edib ki, Nəsrin Cavadzadə İspaniyada çəkilən “El Desentierro” filmindəki uğurlu performansına görə diqqətləri öz üzərinə çəkə bilib.

“Nəsrin xanım 4-5 dil bilir və bu onu bənzərsiz edir” – deyə menecer bildirib.

Xatırladaq ki, “La Casa De Papel” serialının üçüncü sezonu may ayında yayımlanacaq.

view 1239 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news