Şairin məzarı üstündə şeir məclisi keçiriləcək

Şairin məzarı üstündə şeir məclisi keçiriləcək
calendar 10 iyul 2018
clock 14:16

İyulun 12-si saat 11-də tanınmış şair Hüseyn Kürdoğlunun anım günü münasibəti ilə tədbir keçiriləcək.

Kulis. az xəbər verir ki, həmin gün "Söz qonağı" Ədəbi Məclisinin üzvləri Xırdalan qəbiristanlığında şairin məzarını ziyarət edəcək.

Sənət adamları və oxucuların da iştirakı nəzərdə tutulan tədbirdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, qiraət ustası Zülfiyyə Eldarqızının ifasında şairin şeirləri səslənəcək.

“Söz Qonağı” Ədəbi Məclisinin rəhbəri şair İlham Qəhrəman və “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli də anım tədbirində olacaqlar.

view 1644 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news