Kinotənqidçi yazdığı statusa görə işdən çıxarıldı

Kinotənqidçi yazdığı statusa görə işdən çıxarıldı
calendar 12 aprel 2019
clock 10:07

Rus kinotənqidçi işindən çıxarılıb.

Kulis.azın rus mətbuatına əsasən yaydığı məlumata görə Rusiyanın məşhur kino tənqidçisi Anton Dolin “Rusiya” telekanalındakı işindən azad olunub. Buna səbəb isə tənqidçinin şəxsi Facebook səhifəsində “Balkan sərhədi” filmi haqqında tənqidi fikirlər səsləndirməsi olub.

“Stəkanda tufana bənzəyən bu əhvalat heç bir ciddi təhlilə layiq deyil. Ancaq hər ehtimala qarşı deyirəm ki, istifadə etdiyim Facebook səhifəsi mənim şəxsi ərazimdir. Bu günə qədər ağlıma gələn hər şeyi yazmışam, yazıram və yazacağam da” deyən tənqidçi işdən çıxarılmadığını oradan öz ərizəsi ilə ayrıldığını da vurğulayıb.

Dolin “Vesti-fm” və “Mayak” radio verlişlərinin aparıcısı idi.

view 2573 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news