Venesiya festivalında yarışacaq filmlər bəlli oldu

Venesiya festivalında yarışacaq filmlər bəlli oldu
calendar 26 iyul 2019
clock 10:34

76-cı Venesiya Film festivalının proqramı bəlli oldu.

Kulis.az-ın verdiyi xəbərə görə, baş mükafatı Qızıl Şir olan festivalda əsas müsabiqə proqramında 19 film yarışacaq.

Siyahıda Roman Polanski (“Dreyfusun işi”), Stiven Soderberq (“Camaşırxana”), Roy Anderson (“Əbədiyyət haqqında”), Olivye Asayas (“Arı şəbəkəsi”), Petro Marçelo (“Martin İden”) kimi tanınmış rejissorların isimləri var.

Xatırladaq ki, festival avqustun 28-də başlayacaq və sentyabrın 7də mükafatlandırma mərasimi ilə başa çatacaq.

view 1917 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news