XIII əsr Azərbaycan şairinin İranda poeması çıxıb

XIII əsr Azərbaycan şairinin İranda poeması çıxıb
calendar 30 avqust 2019
clock 11:44

XIII əsr Azərbaycan şairi Əlinin “Qisseyi-Yusif” poeması İran İslam Respublikasının Tehran şəhərində işıq üzü görüb.

APA-nın məlumatına görə, poema ərəb və latın qrafikasında hazırlanaraq ilk dəfə nəşr edilib. Nəşr tədqiqatçı Firuz Refahi Ələmdari tərəfindən Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Fakültəsinin Kitabxanasında, nadir kitablar bölümündə mühafizə olunan əlyazma əsasında tərtib olunub.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov kitaba “Yusif haqqında ilk türk dastanı” adlı 25 səhifəlik geniş ön söz yazıb.

view 1843 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news