Azərbaycanlı yazıçının pyesi Almaniyada çap olunub

Azərbaycanlı yazıçının pyesi Almaniyada çap olunub
calendar 4 sentyabr 2019
clock 14:45

Yazıçı Ülviyyə Heydərovanın "Uşaqlıq" adlı monopyesi Almaniyada dərc olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, ötən il Almaniyanın Höte İnstitutu tərəfindən Postdam şəhərində keçirilən Next Stage Europe 2018 Gənc Dramaturqların Festivalında Ü.Heydərova Azərbaycanı təmsil edib.

Bu il Höte İnstitutu həmin layihənin davamı olaraq festivalda iştirak edən dramaturqların əsərlərindən ibarət alman dilində almanax dərc etdirib. Ü.Heydərovanın “Uşaqlıq” monopyesi həmin almanaxda yer alıb.

view 2015 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news