Azərbaycanlı yazarın Türkiyədə kitabı nəşr olundu

Azərbaycanlı yazarın Türkiyədə kitabı nəşr olundu
calendar 16 oktyabr 2019
clock 11:08

Azərbaycanlı yazar Aysel Ateş Abdullazadənin Türkiyə türkcəsində qələmə aldığı “En Tanıdık Yabancı” adlı ikinci kitabı çıxıb.

Müəllifin Kulis.aza verdiyi məlumata görə, bir qızın həyatına və yaşadıqlarına işıq tutan roman sadə dillə yazılıb.

“En Tanıdık Yabancı” Ankarada və ABŞ-da ədəbiyyata xidmət göstərən “GECƏ AKADEMİ” nəşriyyatının ortaq quruluşu olan Tropikal Kitab tərəfindən çap olunub. Kitabın quruluşcu direktoru Arzu Betül Çuhacıoğlu, redaktoru isə Serpil Topaldır.

Xatırladaq ki, Türkiyənin Antalya şəhərində yaşayan Aysel Ateş bir sıra ədəbiyyat dərgiləri ilə əməkdaşlıq etməklə yanaşı, tərcümə işləri ilə də məşğul olur. Şeir və məqalələri Türkiyə mediasında yayımlanmaqdadır.

view 2396 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news