Cem Yılmazın gözlənilən komediyası

Cem Yılmazın gözlənilən komediyası
calendar 25 oktyabr 2019
clock 15:41

“CinemaPlus” premium kinoteatrında Cem Yılmazın “Karakomik filmler” komediyasının premyerası baş tutub.

Kulis.az xəbər verir ki, ekran işinin birinci seriyası – “Kaçamak” filmi, tətilə çıxan 4 dostun başlarına gələn əyləncəli hadisələrdən bəhs edir. İkinci filmdə isə hadisələr bir gəmidə baş verir. “2 arada” adlanan ekran işi Ayzek adlı şəxsin həyatından bəhs edir.

Ayzek rolunu Cem Yılmaz ifa edir. Həmçinin, ekran əsərinin rejissorluğu da ona məxsusdur. Filmlərdə baş rolları Zafer Algöz, Özkan Uğur canlandırıb.

view 2558 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news