İstanbulda rəqs qrupumuzun ifası maraqla qarşılanıb

İstanbulda rəqs qrupumuzun ifası maraqla qarşılanıb
calendar 25 aprel 2018
clock 09:50

Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibətilə keçirilən bayram mərasimləri çərçivəsində İstanbulun Pendik bələdiyyəsinin təşkil etdiyi bayram mərasimində Azərbaycanı 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) təmsil edib.

UGİM-in “Dan ulduzu” rəqs qrupunun ifası maraqla və hərarətli alqışlarla qarşılanıb. Qrupda 16 şagird təmsil olunub.

Bayram mərasimində 12 ölkədən uşaq musiqi və incəsənət qrupları təmsil olunublar.

Fərqlənən qruplara hədiyyələr və diplomlar verilib. /azertag.az/

view 1148 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news