“Milli Kino Mükafatı” sahiblərinin adı açıqlanıb

“Milli Kino Mükafatı” sahiblərinin adı açıqlanıb
calendar 26 iyul 2019
clock 12:50

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin “Milli Kino Mükafatı” sahiblərinin adını açıqlayıb.

Kulis.az xəbər verir ki, qurumun ən böyük mükafatı Azərbaycan və sovet kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.

Həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Mahmudov Əbduləhəd Əlisa oğlu (Şeyx Əbdül) bu mükafata layiq görülüb.

Mükafatlar 2 avqust - Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.

view 1859 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news