“YARAT”da “Moda və incəsənət” dərsləri keçiriləcək

“YARAT”da  “Moda və incəsənət” dərsləri keçiriləcək
calendar 7 sentyabr 2019
clock 12:11

Bu gündən etibarən “Artım” layihə məkanında gənc modelyer-rəssam Əhməd Nəbiyevin rəhbərliyi ilə “Moda və incəsənət” adlı ustad dərsləri keçiriləcək.

Kulis.az xəbər verir ki, sentyabrın 27-dək davam edəcək məşğələlər moda sənayesi sahəsində həm nəzəri, həm də praktiki biliklərin çatdırılmasını nəzərdə tutur.

Məşğələlərdə moda sahəsinin xüsusiyyətləri, ixtisasların istiqamətləri və müxtəlifliyi haqqında məlumat veriləcək, dizayner ixtisası təhlil ediləcək. Bütün məşğələlərdə iştirak edənlərə sonda sertifikatlar təqdim olunacaq. Dərslər yerli brend olan MMMDN-nin təsisçisi Fidan Sadıqla birlikdə keçirilir.

view 1928 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news