Kukla Teatrı yeni mövsümə iki tamaşa ilə başlayacaq

Kukla Teatrı yeni mövsümə iki tamaşa ilə başlayacaq
calendar 13 sentyabr 2019
clock 13:45

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 15-də yeni mövsümün açılışı günü iki səhnə əsəri ilə çıxış edəcək.

Kulis.az xəbər verir ki, əvvəlcə tamaşaçılar “Cırtdan”a Azərbaycan dilində baxacaq.

Həmin gün rusdilli tamaşaçılar üçün isə “Üç cəsur”u təqdim edəcək. Şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan “Cırtdan”nın (səhnələşdirəni Rəhman Əlizadə) quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur.

Müxtəlif kukla texnikalarının istifadə olunduğu birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Araz Həsənli, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov və Aslan Fətullayev ifa edəcək.

view 1923 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news