Nobel alan yazıçı danışdı: “Mükafat ləğv olunsun...”

Nobel alan yazıçı danışdı: “Mükafat ləğv olunsun...”
calendar 11 oktyabr 2019
clock 11:52

Ədəbiyyat üzrə Nobel mükafatının ədəbiyyat üzrə qalibi Peter Handke İsveç akademiyasının ona Nobel verilməsi qərarından təəccübləndiyini bildirib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yazıçı Nobel komitəsini dəfələrlə tənqid etdikdən sonra onların belə qərar verə biləcəyini gözləməyib.

Son illər Handke dəfələrlə ədəbiyyat üzrə Nobel mükafatının “ləğv olunması” haqda fikrini deyib. O, ədəbiyyat üzrə Nobeli “yazıçıların oxucuya heç bir şey verməyən, saxta kanonlaşdırma” adlandırıb.

“Bunlardan sonra İsveç akademiyasının qərarı məni təəccübləndirdi. İsveç akademiyası tərəfindən bu addım olduqca cəsarətlidir” - deyə, o, söyləyib.

Xatırladaq ki, Piter Hendke "Linqvistik bacarıqları ilə insan varlığının periferiyasını və xüsusiyyətlərini araşdıran nüfuzlu əsərlərinə görə" mükafata layiq görülüb.

view 2306 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news