“XX əsrin Norveç hekayələri”ni onlayn oxumaq olacaq

“XX əsrin Norveç hekayələri”ni onlayn oxumaq olacaq
calendar 14 mart 2018
clock 12:43

“XX əsrin Norveç hekayələri”nin onlayn versiyası “Açıq Kitab” onlayn portalına yerləşdirilib.

Bu barədə Kulis.aza Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Norveç nəsrinin ümumi mənzərəsini Azərbaycan oxucusuna ilk dəfə təqdim edən kitaba müxtəlif ədəbi nəslin təmsilçiləri – T.Vesos, F.Börnset, A.Myukle, N.Y.Rüd, L.A.Holma, E.Ekland, S.Holmebakk, İ.Svinsos, Y.Qorder kimi görkəmli Norveç yazıçılarının əsərləri daxil edilib.

Oxucular www.achiqkitab.az saytının “Tərcümə Mərkəzinin kitabları”bölməsinə daxil olmaqla kitabdan pulsuz yararlana bilərlər.

view 1087 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news