“İt gəzdirən xanım” tamaşası yenidən nümayiş olunacaq

“İt gəzdirən xanım” tamaşası yenidən nümayiş olunacaq
calendar 23 avqust 2019
clock 16:37

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşalardan olan “İt gəzdirən xanım”ı təqdim edəcək.

A.P.Çexovun eyniadlı hekayəsi əsasında hazırlanan səhnə əsəri sentyabrın 26-da tamaşaçıların ixtiyarına veriləcək.

Leyla Atayevanın quruluşunda baxılacaq tamaşada rəsmlərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur.

Səhnə əsərində rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.

Qeyd edək ki, A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında 1960-cı ildə “Lenfilm” kinostudiyasında eyniadlı film də ekranlaşdırılıb. /azertag.az/

view 2202 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news