İsmayıl Şıxlıya həsr edilmiş filmin təqdimatı olacaq

 İsmayıl Şıxlıya həsr edilmiş filmin təqdimatı olacaq
calendar 26 oktyabr 2019
clock 14:38

Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində ARB “Aranfilm” yaradıcılıq mərkəzinin istehsal etdiyi sənədli film nümayiş olunacaq.

Kulis.az-ın verdiyi xəbərə görə, “Ölən dünyanın yaddaşı" adlanan ekran əsəri Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr edilib. Bədii-sənədli janrda çəkilən filmin rejissoru Babək Abbaszadə, ssenari müəllifi Arif Əliyev, operatorları Rafiq Əliyev və Əminə Həsənli, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin görkəmli ədibin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil edilib.

view 2386 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news