Porno yazarının əlyazması milli irs elan edildi

Porno yazarının əlyazması milli irs elan edildi
calendar 19 dekabr 2017
clock 10:28

Donasye Alfons Fransua de Sadın ( Markiz de Sad) “Sadomun 120 günü” əlyazması Fransanın milli dəyəri kimi tanındı.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, analoji qərar Andre Bretonun “Sürrealizm manifesti”nə də aid olunub.

Hər iki əsər hərraca qoyulacaqdı, lakin qərardan sonra onlar hərracdan çıxarılıb, çünki ölkə sərhədlərindən kənara çıxarıla bilməz. Fransanın mədəniyyət nazirliyi məbləği beynəlxalq qiymətlərə uyğun təyin edəcək.

Markiz de Sadın əlyazması 4 milyon avrodan, 6 milyon avroya qədər, Bretonun manifesti isə 4 milyon avro dəyərində qiymətləndirilir.

view 1085 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news