“Məsumiyyət muzeyi”nin eksponatları Milanda sərgilənir

“Məsumiyyət muzeyi”nin eksponatları Milanda sərgilənir
calendar 25 yanvar 2018
clock 17:10

Yanvarın 19-da Milandakı Bagatti Valsecci Muzeyində açılan “Eşq. Muzeylər. İlham” adlı sərgi açılıb.

Kulis.azın verdiyi xəbərə görə, sərgidə yazıçı Orxan Pamukun İstanbulda yaratdığı məşhur “Məsumiyyət muzeyi” də təmsil olunub. Belə ki, muzeyə aid olan 29 eksponatın kopiyası Milan sərgisində nümayiş olunur.

Sərgi iyun ayına qədər davam edəcək.

Xatırladaq ki, İstanbulun mərkəzində yerləşən “Məsumiyyət muzeyi” Orhan Pamukun öz təşəbbüsü ilə eyni adlı romanda adı çəkilən əşyalardan təşkil olunub.

view 1500 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news