8 Mart filarmoniyada konsert proqramı ilə qeyd ediləcək

8 Mart filarmoniyada konsert proqramı ilə qeyd ediləcək
calendar 23 fevral 2018
clock 12:31

Martın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert proqramı təqdim ediləcək.

Filarmoniyadan bildiriblər ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalının təşkilatçılığı və filarmoniyanın birgə layihəsi əsasında reallaşacaq.

Konsertdə Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək. Musiqili proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.

view 1194 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news