Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı olacaq

Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı olacaq
calendar 31 iyul 2019
clock 12:38

2 avqust - Milli Kino Günündə görkəmli kinorejissor Hüseyn Seyidzadənin vaxtilə “Azərbaycanfilm” kinostudiyasında çalışdığı yaradıcılıq otağının açılışı olacaq.

Tədbirdə Azərbaycan kinosunda ilk rəngli bədii filmin müəllifi olan Hüseyn Seyidzadə ömür yoluna nəzər salınacaq və kino sahəsində xidmətlərindən danışılacaq.

Xatırladaq ki, 2019-cu ildə görkəmli kinorejissor Hüseyn Seyidzadənin vəfatından 40 il ötür.

Hüseyn Seyidzadə Azərbaycan kino tarixinə “Yenilməz batalyon”, “Qayınana”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Dəli Kür”, “Var olun, qızlar” və bu kimi çoxsaylı filmlər bəxş edib. /azertag.az/

view 2229 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news