Bilik Fondu marketdə kitab payladı FOTO

Bilik Fondu marketdə kitab payladı FOTO
calendar 23 sentyabr 2015
clock 15:52

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İlboyu bilik" proqramı çərçivəsində “Oxuyaq, oxudaq!” adlı aksiya keçirib. Kulisin məlumatına görə aksiyanın təşkilinin məqsədi insanların asudə vaxtının səmərəli təşkili, mütaliəyə maraqlarının artırılmasıdır.

Bilik Fondunun əməkdaşlarından və könüllülərindən ibarət heyət bu məqsədlə Bakının müxtəlif məkanlarında olub. Onlar market, bazar və avtovağzal ərazisində kitab paylayıblar.

Aksiyada 100-dən artıq kitab öz oxucusuna qovuşub. Onu da deyək ki, paylanan kitabların bir qismini Bilik Fondu alıb, bir qismini də könüllülər toplayıb.

view 1096 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news