"Şəki" sənədli filmi beynəlxalq festivalda mükafat qazanıb

"Şəki" sənədli filmi beynəlxalq festivalda mükafat qazanıb
calendar 24 iyun 2019
clock 16:00

"Salnaməfilm studiyasında" dövlət sifarişi ilə 2018-ci ildə istehsal olunmuş "Şəki" sənədli filmi Türkiyənin İstanbul şəhərində keçirilmiş IV Beynəlxalq Turizm Filmləri Festivalında iştirak edərək, festivalın "Ölkə filmləri" kateqoriyasında "Ən yaxşı film" mükafatına layiq görülmüşdür.

Kulis.az xəbər verir ki, filmin rejissoru Vüqar İslamzadə, operator Rauf Qurbanəliyev, İcraçı prodüseri Azad Axundov, baş prodüser Nazim Hüseynovdur.

Qeyd edək ki, İstanbul Beynəlxalq Turizm Filmləri Festivalı Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

view 2137 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news