Ramiz Rövşən Afət Fərmanqızından danışıb: “Sizə deyim...”

Ramiz Rövşən Afət Fərmanqızından danışıb: “Sizə deyim...”
calendar 6 noyabr 2019
clock 13:17

Xalq şairi Ramiz Rövşən Nəsiminin “Sığmazam” qəzəlinə mahnı yazıb oxuyan Afət Fərmanqızından danışıb

Kulis.azın verdiyi xəbərə görə, şair bu ifanı elə də faciəvi hesab etmədiyini bildirib:

“Sizə deyim, onun ifası faciə deyil. Təbii ki, Nəsiminin qəzəlinə yazılmış mahnıya oynamaq mənim üçün bir az qəribə görünür, amma bununla Nəsimidən heç nə getmir.”

R.Rövşən daha sonra əlavə edib:

“Böyük qırğın qopartmağın mənası yoxdur. Baxın, Avropanın özündə də ən böyük sənət əsərləri də təqdim olunur, qeyri-ciddiləri də. Bu da bir improvizə idi. Açığı mən orda bir faciə görmədim. Ancaq hər halda Nəsiminin ruhu bir başqadır.”

view 7791 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news