Bakıda bədii qiraət günü keçirildi - FOTO

Bakıda bədii qiraət günü keçirildi - <span style="color:red;">FOTO
calendar 10 mart 2016
clock 13:11

Martın 9-da Nizami kino mərkəzində 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş “Qadın qarşısında baş əyir aləm” adlı bədii qiraət günü keçirilib. Kulisin məlumatına görə tədbirdə gənc qiraətçi Arzu Murad şeirlər səsləndirib.

Tədbirdə əməkdar-incəsənət xadimi Baba Vəziroğlu, şair Çingiz Əlioğlu, Vahid Əziz, kinorejissor, aktyor Şeyx Əbdül, millət vəkili Jalə Əliyeva, xalq artisti Məleykə Əsədova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Zöhrə Əliyeva, diktor Kəmalə Hüseynova və digərləri iştirak ediblər.

Qiraət günündə Mikayıl Müşfiqin, Cəfər Cabbarlının, Nüsrət Kəsəmənlinin, Nurəngiz Günün və başqalarının şeirləri səsləndirilib.

view 1259 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news