Teatrın 90 illiyi qeyd olunacaq - Sərəncam

Teatrın 90 illiyi qeyd olunacaq - Sərəncam
calendar 10 iyul 2018
clock 09:40

Prezident İlham ƏliyevAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamda qeyd olunub ki, 2018-ci ilin noyabr ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradılmasının 90 illiyi tamam olur. Mütərəqqi ideyalı səhnə əsərləri ilə gənc nəslin bədii-estetik zövqünün formalaşmasında və yüksək əxlaqi-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycanın teatr tarixində layiqli yer tutur.

Mədəniyyət Nazirliyinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

view 1119 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news