Milli Kitabxanada “Məmməd Arif-115” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Məmməd Arif-115” adlı kitab sərgisi açılıb
calendar 10 iyun 2019
clock 09:48

İyun ayının 9-da Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas, tənqidçi, pedaqoq, nasir, tərcüməçi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, akademik Məmməd Arif Məhərrəm oğlu Dadaşzadənin anadan olmasının 115 illiyi münasibətilə “Məmməd Arif-115” adlı kitab sərgisi açılıb.

ONA xəbər verir ki, sərgidə akademikin Azərbaycan dilində və əcnəbi ölkələrin dillərində nəşr olunmuş əsərləri, redaktoru olduğu, ön söz yazdığı, tərcümə etdiyi kitablar və akademik haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

view 1412 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news