Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
calendar 31 oktyabr 2017
clock 13:07

Azərbaycan noyabrın 4-dən 7-dək İstanbulda keçiriləcək Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycanın nəşriyyat-poliqrafiya və kitab sənətinin təbliğ olunması məqsədilə “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatları iştirak edəcək.

Nazirlikdən bildiriblər ki, Azərbaycanın zəngin mədəniyyətinin, sürətli inkişafının və Qarabağ həqiqətlərinin təbliğ olunması, eyni zamanda nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması baxımından sərgi mühüm əhəmiyyət daşıyır: Cari ildə 36 kv.m. sahədə hazırlanmış xüsusi stendlə təmsil olunacağımız sərgidə dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcək".

Sərgi-yarmarka günlərində Azərbaycanda çap olunan bir sıra kitabların təqdimatı da keçiriləcək.

view 1098 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news