Yeni mədəniyyət portalı yaradıldı: nargin.az

Yeni mədəniyyət portalı yaradıldı: <span style="color:red;">nargin.az
calendar 25 iyun 2018
clock 11:59

İyunun 25-dən ölkədə yeni mədəniyyət portalı fəaliyyətə başlayıb.

“Nargin – Sənət adası” adı ilə işə başlayan portal ölkədə ədəbi mühitin canlanmasına, yeni sənət platformasının formalaşmasına xidmət edəcək.


İstedadlı gənclərin birgə səyi nəticəsində yaradılan sayt dünya və Azərbaycanda ərsəyə gələn sənət nümunələrini sərgiləyəcək, eyni zamanda ölkənin mədəniyyət gündəmini dəyərli nöqtələrə daşımağa çalışacaq.

Yaradıcı heyət portalın ad seçimində “Nargin.Az”a üstünlük verilməsini bu adada dəfn edilən mədəniyyət, qırılan ədəbi ənənə ilə əlaqələndirir. Saytın adında həmçinin cəmiyyətdə azlıq təşkil edən sənətsevərlərin ada təəssüratı yaratması da simvollaşdırlıb.

Nargin.Az-ın ugurlari ucun istedadli gənc yazar və jurnalistlərdən ibarət yaradıcı komanda çalışacaq. Saytın baş redaktoru Sərdar Amindir.

view 1397 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news