Azərbaycanlı professor Moskvada medala layiq görülüb

Azərbaycanlı professor Moskvada medala layiq görülüb
calendar 2 oktyabr 2019
clock 13:53

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya sənətləri kafedrasının müdiri professor Rafiq Quliyev Moskvada işgüzar səfərdə olub.

Kulis.az-ın verdiyi xəbərə görə, ADMİU-nun kafedra müdiri Ümumrusiya Dövlət Kinomatoqrafiya İnstitutunun (ВГИК) 100 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edib.

Tədbirdə dünyanın ilk kino məktəbinin bəzi məzunlarına “ÜDKİ-100” medalı təqdim olunub. Mükafatlandırılanlar arasında ADMİU-nun professoru Rafiq Quliyev də olub. Xatırladaq ki, Rafiq Quliyev 1987-ci ildə ÜDKİ-nin “Kinooperatorluq” fakültəsini fərqlənmə ilə bitirib.

view 1668 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news