Uşaq verilişlərində məhdudiyyət

Uşaq verilişlərində məhdudiyyət
calendar 30 sentyabr 2019
clock 15:11

Uşaqlar üçün kino və video xidmətlərinin göstərilməsi zamanı yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olacaq.

APA-nın məlumatına görə, bununla bağlı “Reklam haqqında” qanuna əlavə təklif olunur.

Təkliflə qanuna yeni 12.3 və 12.4-cü bəndlər əlavə edilir.

Yeni 12.3-cü bəndə görə, uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.

12.4-cü bənddə isə qeyd edilib ki, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarında ( telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir.

Layihə Milli Məclisin sentyabrın 30-da keçirilənilk plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

view 1774 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news