Yaxşı kişidi dədəm - İlham Tumasın UŞAQLIQ FOTOSU

Yaxşı kişidi dədəm - İlham Tumasın <span style="color:red;">UŞAQLIQ FOTOSU
calendar 30 sentyabr 2016
clock 15:48

Şəkillərdə yaxşı düşür uşaqlıq – LAYİHƏ

Kulis.az “Şəkillərdə yaxşı düşür uşaqlıq” layihəsində məşhurların uşaqlıq şəkilləri və bununla bağlı xatirələrini təqdim edir.

İlham Tumasın uşaqlıq fotosu

Uşaqlığımla bağlı elə də çox xatirələr sahibi deyiləm.

Hadisələrdən, əməllərdən, sözlərdən, təmasdan, toxunuşdan daha çox yadımda sadaladıqlarımın verdiyi emosiyalar, düşüncələr, həyəcanlar qalıb. Və beləliklə, mənim uşaqlıqdan yadıma düşən ilk xatirə bax bu fotoyla bağlıdır. Artıq məlum olduğu kimi, fotoda sizdən sol tərəfdəki sarışın uşaq mənəm. Sağdakı gülümsəyən kişi də dədəm. Bu foto, yanılmıramsa, Sumqayıtın dənizkənarı bulvarında çəkilib. Neçə yaşda olduğumu dəqiq bilmirəm. Bu tək və orijinal fotonu da dədəmdən xəlvət götürdüyüm üçün zəng edib onunla dəqiqləşdirmək imkanından istifadə eləyəsi deyiləm.

Görürsünüz, fotoyla bağlı heç nə yadımda qalmayıb. Ancaq bu fotoya baxanda elə bilirəm, əlim yenə dədəmin dizinin üstündədir, onun dizinin istiliyini, möhkəmliyini yenə hiss eləyirəm... Və elə bilirəm, əlim yenə dədəmin dizinin üstündədir...

Ömrü uzun olsun, yaxşı kişidi dədəm...

view 1615 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news