Ölkəmiz “Avroviziya-2018” uşaq mahnı müsabiqəsində təmsil olunacaq

Ölkəmiz “Avroviziya-2018” uşaq mahnı müsabiqəsində təmsil olunacaq
calendar 27 iyul 2018
clock 10:15

Azərbaycan qısa fasilədən sonra yenidən “Avroviziya” uşaq mahnı müsabiqəsinə qayıdır.

Müsabiqənin mətbuat xidmətindən bildiriblər ki, noyabrın 25-də Minsk şəhərində keçiriləcək “Avroviziya-2018” uşaq mahnı müsabiqəsində iştirak edəcəyini rəsmi şəkildə təsdiq edən ölkələrin sayı 19-a çatıb. Azərbaycanla yanaşı, Albaniya, Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa, İrlandiya , Serbiya, Rusiya və digər ölkələr müsabiqədə iştirak edəcəklər.

Mahnı müsabiqəsi 15 min tamaşaçı yeri olan “Minsk Arena”da baş tutacaq.

Azərbaycanı təmsil edəcək iştirakçının adı yaxın vaxtlarda müəyyən olunacaq. /azertag.az/

view 1066 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news