“Xəsisin andı” nümayiş olunacaq

“Xəsisin andı” nümayiş olunacaq
calendar 23 sentyabr 2022
clock 12:00

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı fransız komediya yazarı Molyerin “Xəsis” əsəri əsasında hazırlanmış “Xəsisin andı” dramatik-komediyasını təqdim edəcək.

Kulis.az xəbər verir ki, tamaşa sentyabrın 28-də Akademik Rus Dram Teatrında nümayiş olunacaq.

Molyerin “Xəsis” komediyasında hadisələr orta əsrlər Parisində baş verir. Varlı və xəsis Qarpaqonun iki övladı var: Kleant və Eliza. Kleant anası ilə kasıb həyat tərzi yaşayan Mariana adlı xanımla evlənmək istəyir, Eliza isə atasının qulluğunda duran Valer adlı xidmətçiyə aşiqdir. Uşaqlarının sevgi macəralarından xəbərsiz Qarpaqon isə uşaqlarını varlı insanlarla evləndirmək istəyir. Oğlunun sevdiyi Mariananı isə hiyləgər Frozina sayəsində özünə gəlin gətirmək arzusundadır.

view 1458 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news