“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr olundu

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr olundu
calendar 20 fevral 2024
clock 13:10

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr edilib.

Kulis.az xəbər verir ki, jurnalın bu nömrəsində maraqlı mövzular əksini tapıb.

Belə ki, jurnalın rubrikalarında Cəlil Məmmədquluzadənin felyetonları, Alber Kamyunun Nobel nitqi, “Sənətçi və onun zəmanəsi” mühazirəsi və “Susqunluq” hekayəsi, Fyodor Dostoyevskinin “Böyük inkvizitor” hekayəsi, Fransisko de Kevedonun seçmə şeirləri, Çingiz Aytmatovun müsahibəsi və “Üz-üzə” povesti yer alıb.

Bundan başqa, oxucular “Ceyms Coysun ən qəddar əsəri: “Uliss” yazısı, Tove Alsterdalın “Görüş” hekayəsi, Kamilo Xose Selanın miniatürləri, Mixail Bulqakovun “Zoykanın mənzili” pyesi, Andrey Platonovun “Çevenqur” romanının davamı və digər əsərlər ilə də tanış ola biləcəklər.

view 727 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news