“XX əsrin əvvəlləri - Azərbaycan rəngli fotoşəkillərdə” mövzusunda mühazirə oxundu

“XX əsrin əvvəlləri - Azərbaycan rəngli fotoşəkillərdə” mövzusunda mühazirə oxundu
calendar 29 avqust 2024
clock 13:52

Bakıdakı Rus evində tədqiqatçı Rüstəm Hüseynovun fotoqraf Sergey Prokudin-Qorskinin yaradıcılığı və onun XX əsrin əvvəllərində çəkdiyi Azərbaycanla bağlı rəngli fotoşəkillərə həsr olunmuş sərgi keçirilib və mühazirə oxunub.

Kulis.az xəbər verir ki, Rüstəm Hüseynov Sergey Prokudin-Qorskinin istifadə etdiyi üçrəngli fotoqrafiya üsulundan, onun irimiqyaslı fotolayihəsindən, 1905-1915-ci illərdə Azərbaycanda çəkdiyi fotoşəkillərdən ətraflı danışıb. Onun arxivinin və irsinin taleyinə, tarixçilərin bu gün həmin fotoşəkillərlə bağlı tədqiqat işlərinə xüsusi diqqət yetirilib.

Tədbir çoxlu sayda qonağın marağına səbəb olub. Mühazirənin sonunda dinləyicilər mühazirəçiyə suallar veriblər. Saatlı və Salyanın rəngli fotoşəkilləri, eləcə də sənayeləşmə dövrünün ilk obyektlərinin təsviri iştirakçıların daha çox marağına səbəb olub.

view 357 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news