İndoneziyanın paytaxtı Cakartada baş verən yanğında İndoneziya Milli Muzeyinə ciddi ziyan dəyib.
Kulis.az "The Jakarta Globe"a istinadən xəbər verir ki, muzeyin ən azı dörd sərgi zalı tamamilə yanıb. Foye dağılıb, dam örtüyü uçub.
Yanğın zamanı xəsarət alan olmayıb.
- İş yerində çılpaq
- Tanınmış aktyorun kitab təqdimatı oldu FOTO
- Dünyaca məşhur müğənni həbs oluna bilər
Yanğının hansı səbəbdən baş verməsi istintaqla müəyyənləşəcək.
Qeyd edək ki, muzeydə ən azı 190 min tarixi əsər, xüsusən də İndoneziyanın ən qədim Buddist heykəli - "Dipankara" heykəli saxlanılır.