Yapon rəssamın əsərinin nadir nəşri rekord qiymətə satılır

Yapon rəssamın əsərinin nadir nəşri rekord qiymətə satılır
calendar 25 mart 2023
clock 16:30

Yapon rəssamı Katsushika Hokusainin "Kanaqava sahillərində böyük dalğa" adlı əsərinin nadir nəşri 2,76 milyon dollara satılıb.

Kulis.az xəbər verir ki, NTV-nin məlumatına görə, ABŞ-ın Nyu-York şəhərində yerləşən Christie's hərrac evi tərəfindən hərraca çıxarılan parçanın ölçüsü 37 santimetrdir.

1830-cu illərin əvvəllərində hazırlanmış sənət əsəri rəssamın çap sistemindən istifadə edərək çoxlu sayda hazırladığı "Ukiyo-e" kimi də tanınan janra aiddir.

“Böyük dalğa” adlı əsər xalq mədəniyyətinin ən mühüm əsərlərindən biri kimi tanınır. Rəsmdə üç balıqçı qayığının dalğalarla mübarizə anı təsvir edilir.

view 1148 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news