Yazıçı Əlabbas Bağırovun kitabı çap olundu

Yazıçı Əlabbas Bağırovun kitabı çap olundu
calendar 8 dekabr 2022
clock 14:00

Yazıçı Əlabbas Bağırovun yeni "Köçəri quşların nəğməsi" adlı kitabı işıq üzü görüb.

Bu barədə Kulis.az-a yazıçı özü məlumat verib. O, bildirib ki, sayca on beşinci olan "Köçəri quşların nəğməsi" adlı kitabda beş povest yer alıb. Kitab Ankarada, "Bengü" yayın evində çap olunub.

Tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun ön sözü ilə işıq üzü görən kitab yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, Əlabbas Bağırov 1980-ci illərdən etibarən ədəbi mühitdə tanınmağa başlayıb. Yazıçı onlarla hekayənin, "Qiyamçı" və "Qaraqovaq çölləri" kimi məşhur romanların müəllifidir. "Mən Qarateli sevirdim" və "Dağların duman çağı" isə onun publisistik yazılarının toplandığı kitablardır.

Əsərləri ingilis, türk, qazax, özbək, qırğız, rus, gürcü və fars dillərinə tərcümə olunub.

view 1531 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news