“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert

“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert
calendar 10 iyul 2023
clock 17:00

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert təşkil olunub.

Kulis.az xəbər verir ki, dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Kəngərli (piano), Eldəniz Ələkbərzadə (piano) və Kamal Qədirov (trombon) çıxış ediblər.

Solistlər dinləyicilərə L.Grondahlın Trombon və orkestr üçün Konsertini və F.Poulencin İki piano və orkestr üçün Konsertini (d-moll, FP 61) təqdim ediblər.

Xatırladaq ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.

Azertag

view 773 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news