Yeni müsabiqə - “Mütaliə ruhu”

Yeni müsabiqə - “Mütaliə ruhu”
calendar 21 oktyabr 2024
clock 14:46

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kitab mütaliəsinə rəng qatan illüstrasiya ənənəsini unudurmamaq məqsədilə uşaq, yeniyetmə və gənclər arasında “Mütaliə ruhu” adlı respublika yaradıcılıq müsabiqəsi elan olunub.

Kulis.az xəbər verir ki, müsabiqə Mədəniyyət, Elm və Təhsil nazirliklərinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

İştirakçılar uşaq və xalq ədəbiyyatı, müəllif əsərləri, həmçinin təbiət və məişət mövzulu ədəbiyyat nümunələrində bəhs olunan hər hansı bir səhnə və epizodları xarakterizə etdirən illüstrasiya və ya miniatür təsvirlərlə müsabiqəyə qoşula bilər.

Müsabiqəyə ən çoxu 2 əsər göndərmək olar. Sonda münsiflər tərəfindən seçilmiş 100 əsər sərgilənəcək. Sərgidən seçilən ən yaxşı 20 əsər Xətai Sənət Mərkəzinin daimi ekspozisiyasında 2 həftə nümayiş olunacaq.

Sərgilənən əsərlərin müəlliflərinə sertifikat, fəal məktəblərə təşəkkürnamə təqdim ediləcək.

Əsərlər dekabrın 10-dək [email protected] ünvanına göndərilməlidir. Əlavə məlumat üçün 051-310-74-01 vatçap nömrəsinə yazaraq cavab almaq olar.

view 548 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news