Yenidən birlikdə işləyəcəklər

Yenidən birlikdə işləyəcəklər
calendar 21 oktyabr 2023
clock 13:00

Məşhur Hollivud ulduzu Emili Blant yenidən rejissor Jaume Collet-Serra ilə işləməyə hazırlaşır.

Kulis.az xəbər verir ki, hələ adı açıqlanmayan film hüquq-mühafizə orqanlarında çalışmış ilk qadın detektiv Keyt Uornun həyatından bəhs edir.

Filmin ssenarini Qustin Naş yazıb.

Qeyd edək ki, Emili Blant Hollivudda tətil hələ bitmədiyi üçün hazırda yalnız prodüser kimi çalışır.

view 900 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news