Yunan kinosunun məşhur siması vəfat etdi

Yunan kinosunun məşhur siması vəfat etdi
calendar 18 aprel 2023
clock 12:30

Yunanıstanlı aktrisa Katerina Helmi 84 yaşında dünyasını dəyişib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktrisanın ölüm səbəbi hələ açıqlanmayıb.

Katerina Helmi 12 avqust 1939-cu ildə Afinada anadan olub. O, yunan kinosunun ən çox sevilən filmlərindən bəzilərində oynadığı rollar sayəsində məşhurlaşıb. 1957-ci ildə "Kürə Barbayannis" filmində rol alıb və ən böyük uğuru "Qırmızı işıqlar" lenti olub. Bundan əlavə, "Bizim məhəbbət" filmində Eva Tsaminin rolunu canlandırıb.

O, karyerası ərzində 30-a yaxın filmdə və 4 televiziya serialında oyanıb, bunlar arasında "Sevgi hekayələri", "4000 Qanun", "Böyük Qurban", "Villada gecə yarısı", "Qaraçı Mara", “İsgəndəriyyə”, “Valideynlərin günahları”, “Qadağan olunmuş sevgi" də var.

Katerina Helmi died, sadness for the well-known actress

Катерина Хелми

view 941 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news