Yusif Səmədoğlunun hekayəsi Almaniyanın ədəbiyyat portalında

Yusif Səmədoğlunun hekayəsi Almaniyanın ədəbiyyat portalında
calendar 7 dekabr 2023
clock 13:41

Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin dərcinə başlayıb.

Kulis.az xəbər verir ki, Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri tanınmış filoloq alim, tərcüməçi Vilayət Hacıyev, redaktoru Hans-Jürgen Maurerdir.

Xalq yazıçısı Yusif Səmədoğlu “Əməkdar incəsənət xadimi”, “Şöhrət” ordeni kimi fəxri adlara layiq görülüb.

Geniş oxucu auditoriyası tərəfindən izlənən “Schreiber Netzwerk” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

view 695 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news