Yutub platformasına oyunlar əlavə ediləcək

Yutub platformasına oyunlar əlavə ediləcək
calendar 25 iyun 2023
clock 17:10

Yutub “Playables” adlı funksiya üzərində işləyir.

Kulis.az xəbər verir ki, “Playables” ilə “YouTube” istifadəçiləri platformada sadə oyunları oynaya biləcəklər. Oyunları mobildə və ya masaüstü kompüterdə oynamaq mümkün olacaq.

Məlumata görə, şirkət platforma üçün bir çox sadə oyunu sınaqdan keçirir. Lakin hələlik yalnız “Stack Bounce” adlı oyunun platformaya yerləşdirilməsi məsələsi dəqiqləşib. Bəzi oyunların sadələşdirilmiş versiyaları da “YouTube”da oyunçulara təqdim ediləcək.

Firma çox güman ki, bu xüsusiyyəti reklam gəlirlərindəki azalmanın öhdəsindən gəlmək üçün atır. Oyunlarda bir neçə dəqiqədən bir reklam təqdim ediləcəyi ehtimal olunur. "Youtube" bu addımla reklamçılar üçün cəlbedici məkana çevrilməyi hədəfləyir.

view 9538 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news