Ancaq yalandan sevənlər hamıdan çox sevirlər - Vaqif Bayatlı

Ancaq yalandan sevənlər hamıdan çox sevirlər - Vaqif Bayatlı
calendar 9 oktyabr 2023
clock 11:20

Kulis.az Vaqif Bayatlının "Səni sevmək istəyirəm" şeirini təqdim edir.

Dünyanın ən güclü adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
İstəmirəm bir kimsə
mənimlə qorxuda bir kimsəni.

Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
Mənə ən böyük dünya varı
qapı-pəncərəsi açıq
üzü-gözü gülən bir alaçıq!

Mən səni, mən səni
Dünyada hamıdan çox
sevə də bilmərəm,
sevmək də istəmirəm,
çünki ancaq yalandan sevənlər
hamıdan çox sevirlər.

Mən səni sakitcə, yavaşca
sevmək istəyirəm.
Sevmək istəyirəm Tanrıdan yazılantək,
Bir balaca quş
Öz balaca yuvasının
küncünə qısılantək

view 2316 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news