Bu gün xalq şairi Nigar Rəfibəylinin anım günüdür

Bu gün xalq şairi Nigar Rəfibəylinin anım günüdür
calendar 9 iyul 2024
clock 17:33

Kulis.az xalq şairi Nigar Rəfibəylinin məşhur "Neyləyim?" şeirini təqdim edir.

NEYLƏYİM

Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Gərənfilin gözü yolda qalanda
Yasəmən saçını yolur, neyləyim?

Əsən ruzgarın da yoxdur vəfası,
Düşmüşdür başına özgə sevdası.
Lalənin çırılıb qəmdən yaxası,
Saçları pərişan olur, neyləyim?

Bəlkə tez gələsən əlac verəsən,
Sünbülün saçını yığıb hörəsən,
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?

Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var,
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?

view 866 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news