Ramil Əhməd beynəlxalq mükafata layiq görüldü

Ramil Əhməd beynəlxalq mükafata  layiq görüldü
calendar 21 fevral 2023
clock 20:53

TÜRKSOY ve Macarıstanın təşkilatçılığı ilə görkəmli macar şairi Şandor Petofinin doğumunun 200 illiyi münasibəti ilə həyata keçirilən Beynəlxalq Şeir Tərcümə Müsabiqəsinin nəticələri məlum olub. Azərbaycanlı şairlər Ramil Əhməd və Cavid Mövsümü də müsabiqənin qaliblərindən olublar.

Bu barədə Kulis.az-a müəllif özü məlumat verib. O bildirib ki, müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan şairlər, tərcüməçilər iştirak ediblər.

Mükafat martın 15-də Budapeşt şəhərində təqdim ediləcək.

Qeyd edək ki, müsabiqə çərçivəsində tərcümə olunan şeirlər kitab halında nəşr ediləcək.

view 2261 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news