Siz düşәrsiz pәrişana, durnalar – Günün şeiri

Siz düşәrsiz pәrişana, durnalar – Günün şeiri
calendar 17 mart 2023
clock 11:40

Kulis.az “Günün şeiri” layihəsində Molla Vəli Vidadinin “Durnalar” şeirini təqdim edir.

Qatar-qatar olub qalxıb havaya,
Nә çıxıbsız asimana, durnalar!
Qәrib-qәrib, qәmgin-qәmgin ötәrsiz,
Üz tutubsuz nә mәkana, durnalar?!

Tәsbih kimi qatarınız düzәrsiz,
Havalanıb әrş üzündә süzәrsiz,
Gah olur ki, danә-xurә gәzәrsiz,
Siz düşәrsiz pәrişana, durnalar!

Әrz elәyim, bu sözümün sağıdır,
Yollarınız hәramidir, yağıdır,
Şahin-şunqar sürbәnizi dağıdır,
Boyanarsız qızıl qana, durnalar!

Әzәl başdan Bәsrә, Bağdad eliniz,
Bәylәr üçün әrmәqandır teliniz,
Oxuduqca şirin-şirin diliniz,
Bağrım olur şana-şana, durnalar!

Bir baş çәkin dәrmandәnin halinә,
Әrzә yazsın, qәlәm alsın әlinә,
Vidadi xәstәdәn Bağdad elinә
Siz yetirin bir nişana, durnalar!

view 1903 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news