Azərbaycan Serbiyada keçirilən ədəbiyyat festivalında

Azərbaycan Serbiyada keçirilən ədəbiyyat festivalında
calendar 10 sentyabr 2021
clock 10:27

Şair, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin katibi Xəyal Rza Serbiyada iki ədəbiyyat festivalında ölkəmizi təmsil edir.

Bu barədə AZƏRTAC-a məlumat verən şair deyib ki, festivallardan biri İnciya Beynəlxalq Poeziya Festivalı (İNDJIJA Pro Poet, 2021), digəri isə Serbiya Beynəlxalq Sənət və Ədəbiyyat Festivalıdır (LİTERA ARS PANEVECO, 2021).

Onun sözlərinə görə, festivallar Belqrad, İnciya, Novi Sad və Paneveka şəhərlərində müxtəlif ölkələrdən 40-dan artıq yazarın iştirakı ilə keçirilir. İnciyada keçirilən festivalın ilk mükafatı serb yazıçı Lyubivoje Rsumoviçə veriləcək. Festivalda iştirakçılarının əsərlərindən ibarət serb dilində kitab da oxuculara təqdim olunacaq.

Qeyd edək ki, festivallara Çexiya, Böyük Britaniya, Rumıniya, İtaliya, İspaniya, İsrail, Rusiya Macarıstan, Portuqaliya və digər ölkələrdən tanınmış yazarlar dəvət alıb.

view 1516 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news